FİFA prezidentliyi vəzifəsindən 90 gün müddətinə uzaqlaşdırılan Yozef Blatterin səhhətində ciddi problem yaranıb.
Korner.az-ın məlumatına görə, isveçrəli futbol adamının 10 gün həkim nəzarəti altında olacağı bildirilib.
Blatterin meneceri Klaus Stöhlker məlumatı təsdiqləyib. O, tezliklə Blatterin sağalacağına inandığını deyib.
