FİFA prezidenti Sepp Blatter futbol oyunlarında zədəli rolu oynayan futbolçulara cəza verilməsini istəyir.
Korner.az-ın məlumatına görə, "FIFA Weekly" jurnalında "Qeyri-Peşəkar oyunları buraxın" başlıqlı yazı yazan FİFA prezidenti sözdə yarı ölü olan futbolçunun meydanı tərk edər etməz həyata geri dönməsini "sinir pozucu olduğunu" bildirib.
Blatter hakimlərə aktyorluq edən futbolçuları meydanın kənarında müəyyən müddət gözlətmələrinin təlimatını verib. "Vaxt cəzası" adlandırılan bu qanunun futbolçuların aktyorluq etmədən əvvəl biraz düşünmələrinə səbəb olacaq.
Vaxt cəzası haqqında ətraflı məlumat verməyən FİFA prezidenti hazırda simulasiya edən futbolçulara münasibətin yaxşı olduğunu bildirib. Sepp Bleetter bu cür hiylələrin qarşısının alınmağının həm rəqibə, həm də azarkeşlərə hörmət elaməti olacağını qeyd edib.
