FİFA-nın sabiq prezidenti Yozef Blatter şok açıqlama ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, Argentina mətbuatına müsahibə verən dünyanın ali futbol qurumun keçmiş rəhbəri Avropdakı futbol yarışlarının püşkatmasında saxtakarlıq edildiyini bildirib.
Blatterin sözlərinə görə, o, püşkatma zamanı soyuq və isti toplardan istifadə edildiyini gözləri ilə görüb. Ancaq isveçrəli futbol funksioneri saxtakarlığın hansı yarışda edildiyini söyləməyib.
“Avropa üzrə keçirilən yarışların birində belə bir hiylə işlədildi. Hiylədən istifadə edən tərəf də İtaliya klubu idi. Əvvəlcədən isti və soyuq topları müəyyənləşdirmək olurdu. Buna şəxsən mən də şahidlik etmişəm. Digər prezidentlərdən fərqli olaraq, heç vaxt püşkatmada iştirak etməmişəm. Vəzifədə olduğum müddətdə qanun pozuntusuna da yol verməmişəm. Buna görə də vicdanım rahatdı” deyə, isveçrəli futbol funksioneri bildirib”
