FİFA prezidenti Yozef Blatter şok təklif irəli sürüb.
Korner.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumunun başçısı dünya çempionatının final mərhələsi öncəsi keçirilən “pley-off” matçlarının ləğv olunmasını təklif edib.
“Komandanın turniri 2 oyunun nəticəsinə əsasən tərk etməsi əsl dramdır. Bəli, “pley-off” matçları azarkeşlər və telekanallar üçün yaxşıdır. Lakin biz ondan imtinanı etmək istəyirik. Oyunlar çox maraqlı alınsa da, uduzanlar üçün ağır sınaqdır”.
Xatırladaq ki, artıq 21 ölkənin yığması 2014-cü ilin yayında Braziliyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqəni təmin edib. Digər11 milli komandanın adına bu ayda keçiriləcək “pley-off” oyunlarından sonra aydınlıq gələcək.
