“40 ildir futbola xidmət etmiş biri olaraq günahkar vəziyyətə düşməyim məni məyus edir. Özüm üçün, FİFA-da işləyənlər üçün çox təssüflənirəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri 8 il müddətinə vəzifəsindən kənarlaşdırılan FİFA-nın sabiq prezidenti Yozef Blatter deyib.
Blatter ona insan kimi davranılmadığını bildirib:
“Mətbuat cəzamı məndən öncə öyrəndi. Bütün bunları mənə necə etdilər, anlamıram. Təqdim etdiyimiz dəlillərlə FİFA Etika Komitəsini razı salacağımızı düşündüm. Ancaq mənə qarşı insan kimi davranmadılar.
Platini ilə aramızda yazılı anlaşma var idi. Bizə yalançı deyirlər. Nə söylədiyimizə əhəmiyyət belə vermirlər. Bu səbəbdən vəkilimlə mübarizəmi davam etdirəcəm”.
