FIFA prezidenti Yozef Blatter 90 gün müddətinə futboldakı fəaliyyətindən uzaqlaşdırılması və UEFA prezidenti Mişel Platininin günahsız olması barədə açıqlama verib.
Korner.az-ın məlumatına görə, Blatter artıq getmək vaxtının çatdığını da etiraf edib.
“Platini vicdanlı insandır. Ümid edirəm, hər ikimizə qoyulan sanksiya ləğv olunacaq. Məncə, qadağa aradan qaldırılsa, o, FIFA preizdenti olacaq və bu, təşkilatımızın xeyrinədir. DÇ-2014-dən sonra vəzifəmdən getməməyimə görə indi təəssüf edirəm. Gərək kişi kimi özümə deyəm: Blatter, sən bu yaşadək çox yaxşı işlər görmüsən, bundan artığına gücün çatmaz. Dayan!”, – deyə 79 yaşlı Blatter bildirib.
