Yozef Blatter yenidən FIFA prezidentliyinə namizəd ola bilər.
Korner.az-ın məlumatına görə, bu barədə o, özü məlumat yerib.
Münhenqladbaxda düzənlənən bir toplantıya qatılan FIFA rəhbəri yenidən namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. 16 ildi quruma rəhbərlik edən isveçrəli prezident qərar vermək üçün iyunun 10-11-də Braziliyanın San Paulo şəhərində keçiriləcək FIFA-nın Konqressini gözlədiyini deyib: “FIFA-ya üz olan 209 ölkə var. Çoxu davam etməyimi istəyirsə, mən də namizəd olacam”.
Hələlik FIFA prezidentliyi üçün Jerome Çhampagne namizədliyini açıqlayıb. Gələn il keçiriləcək seçkilərə UEFA prezidenti Mişel Platininin də qalıması gözlənilir.
Blatter Münhenqladbaxdakı çıxışında başqa bir maraqlı məqama da toxunub. FIFA rəhbəri bildirib ki, penalti seriyasını ləğv etmək istəyir. 11 metrlik zərbələri lotereyaya bənzədən ali futbol qurumunun başçısı “Bu məsələnin həllini istəyirəm. Çünki penalti zərbələri lotereya kimi bir şeydi. Oyunçular üçün tragediyaya çevirilir” deyib.
Blatter bildirib ki, penalti seriyası sadəcə tamaşaçı sayını artırır və bu səbəbdən ancaq televiziyaların işinə yarayır.
