FIFA prezidenti Yozef Blatter maraqlı fikir irəli sürüb.
Korner.az-ın məlumatına görə, Blatter 2018-də Rusiyada keçiriləcək mundialda istifadə olunacaq stadionlıarın sayını azaltmaq istəyir. Maraqlı qərarları ilə gündəmə düşməyi bacaran rəhbərin sözlərinə görə bütün diqqətlər Rusiyaya yönəlib:
“İndi biz 2018-də keçiriləcək çempionatda ideal stadion sayını müzakirə edirik. Bütün diqqətimiz Rusiyadadı. Növbəti mundialda problem yaşanmasına inanmıram. Çünki Rusiya futbol ölkəsidi”
