FİFA-nın sabiq prezidenti Yozef Blatter xələfindən gileylənib.
Korner.az-ın məlumatına görə, Blatter deyib ki, Avropanın ali futbol qurumuna rəhbərlik edən Canni İnfantino onun telefon zənglərinə və elektron məktublarına cavab vermir.
“O, FİFA prezidenti seçiləndən sonra münasibətlərimiz yaxşı idi. Hətta mənim evimdə qonaq da olmuşdu. Mən ona FİFA-da həll edilməli olan bir neçə məsələ barədə danışmışdım. Razılaşmışdı, ancaq o vaxtdan bəri həmin suallara qayıtmır. Hətta telefon zənglərimə, “e-mail”-lərimə də cavab vermir”, – deyə Blatter bildirib.
