FİFA prezidenti Jozef Blatter "Real"ın yeni transferi Beylə görə ödədiyi məbləği – 100 milyon avronu şişirdilmiş hesab edir.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Blatter "transfer bazarı"na müdaxilə etmək şanslarının olmadığını da vurğulayıb.
O bildirib ki, hətta maliyyə cəhətdən sıxıntıları olan ölkələrdə də bu cür bahalı transferlər baş tutur.
Xatırladaq ki, Beylin "Real"a transferi dünya futbol tarixnin ən bahalı transferidir.
