FİFA prezidenti Yozef Blatter rus dilində yayımlanan RTD kanalının aparıcısı Sofi Şevarnadzenin qonağı olub.
Korner.az–ın məlumatına görə, FİFA başqanı bəzi ölkələrin Rusiyada keçiriləcək növbəti dünya çempionatını boykot etmək qərarına münasibət bildirib, oyun alqı-satqısından, futbolda tətbiq edilməsi düşünülən ağ vərəqələrdən, dopinqlə mübarizədən və sair mövzulardan danışıb.
Dünyada baş verən siyasi hadisələrin futbola sirayət etməsinə də toxunan Blatter bu qəbildən olan Serbiya-Albaniya matçında baş verən insidentdən danışarkən milli zəmində qarşıdurma yaşayan ölkələrin komandalarının qarşılaşmamaları üçün atdıqları addımdan danışıb: “Azərbaycan ilə Ermənistan buna misaldır. FİFA konfrantasiyanı qorumaq üçün bu ölkələrin komandalarını müxtəlif qruplara salır. Doğrudur, Serbiya-Albaniya oyunu FİFA çərçivəsində keçirilmirdi. Ancaq biz həmin matçda baş verənlərdən müəyyən nəticələr çıxardıq”.
Verilişin videoyazısını təqdim edirik.
