FİFA prezidenti Yozef Blatter Rusiyada irqçiliklə mübarizə aparan təşkilatın işindən narazı qalıb.
Korner.az-ın məlumatına görə, Blatter adı çəkilən ölkədə irqçilik problemi həll olunmayacağı təqdirdə Rusiyaya sanksiya tətbiq ediləcəyini bildirib:
“Təşkilatın hesabatı ilə tanışam. Əlbəttə, müasir futbolda irqçilik problemi bizi narahat edir. İrqçiliklə mübarizə aparmaq üçün xüsusi proqram hazırlanmalıdır. Əgər bu problem həllini tapmasa, Rusiyaya sanksiya tətbiq olunacaq. Çünki irqçilik gündəmdə olan problemlərdən biridir. Təəssüf ki, biz hər gün dünyanın müxtəlif ölkələrində bu problemlə qarşılaşırıq. Onunla mübarizə aparmalıyıq”.
