Blaşikovski klubsuz qaldı
04.01.2019 , 11:11

“Volfsburq” Yakub Blaşikovskiylə yolları ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Polşa millisinin üzvü hazırda azad agent statusu daşıyır.
33 yaşlı yarımmüdafiəçi 2016-cı ildə Dortmund “Borussiya”sından “Volfsburq”a keçmişdi.
