PSJ-nin baş məşqçisi Loran Blan Zlatan İbrahimoviçin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis isveçli forvardın komandada qalacağını deyib:
“İbrahimoviçin komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə əhəmiyyət vermirəm. Çünki belə ehtimal yoxdur. Vəziyyət çox sadədir, İbrahimoviç PSJ-də qalacaq”.
Qeyd edək ki, 33 yaşlı futbolçunun yenidən “Milan”a qayıdacağı iddia olunur. (Le Parisien)
