İngiltərənin “Liverpul” klubu Donetsk “Şaxtyor”unun erməsi futbolçusu Henrik Mixitaryanı transfer etmək istəyir.
Korner.az-ın “Daily Mail”-ə istinadən verdiyi məlumata görə, “mersissaydlılar” Ukrayna klubunun 24 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq üçün Donetsk klubu ilə danışıqları davam etdirir. Hətta ingilis nəhənginin transfer siyahısındakı ilk futbolçu məhz Mixitaryandı.
Qeyd edək ki, Ermənistan millisinin də şərəfini qoruyan Mixitaryan “Şaxtyor” forması altında çıxdığı 42 rəsmi matçda 29 dəfə rəqib qapıçıları məyus edib.