21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında avqustun 15-də, saat 20:00-da keçiriləcək yoldaşlıq matçını idarə edəcək hakimlərin adları açıqlanıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Dalğa Arena"da baş tutacaq görüşü yerli hakimlər idarə edəcək.
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov
Dördüncü hakim: Elvin Əsgərov
