Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi Şirməhəmməd Məmmədov olub.