"Mançester Yunayted"in qapıçısı David De Xea yeni komanda yoldaşı Robin van Persinin dünyanın ən güclü futbolçularından biri olduğunu deyib.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan əlcək sahibi maraqlı açıqlamalarla yadda qalıb:
"Mükəmməl bir transfer oldu. O, dünyanın ən güclü qol ayaqlarından biridir. Ötən mövsüm vurduğu qollar göz qabağında idi. Komanda halında hamımız ona dəstək verəcəyik. Bizim ona verdiyimiz dəstək van Persi üçün əlavə stimul olacaq".
