“Bizim vəzifəmiz gənc futbolçular yetişdirməkdir” – Nazim Süleymanov
08.05.2023 , 15:34

“Ximki”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Nazim Süleymanov “Nijni Novqorod”a qarşı keçirilən görüşü (0:0) şərh edib.
Korner.az xəbər verir ki, o, klubun saytına açıqlamasında bunları deyib:
“Bu gün bərabər oyun oldu. Mən uşaqlara təşəkkür etmək istəyirəm. Qeyd etmək istərdim ki, oyunların əksəriyyətini süni örtüklü meydançalarda keçiririk, amma bu gün təbii meydançada oynadıq. Uşaqlar sona qədər yaxşı mübarizə apardı. Rəqibdən daha çox şansımız oldu. Təbii ki, görüləcək çoxlu işimiz var. Bizim vəzifəmiz əsas və gənclərdən ibarət komandalar üçün gənc futbolçular yetişdirməkdir”.
