Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirələcək "Qarabağ" – "Dnepr" oyunun baş hakimi bəlli oldu.
Korner.az baş hakim Pavel Gil haqqında araşdırmanı təqdim edir:
38 yaşlı polşalı referi 2009-cu ildən FİFA referisidir. Polyak, alman və ingilis dillərində səlis danışan referinin peşəsi iqtisadçıdır.
Pavel Gil, 2013-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş "Skenderbeu" – "Neftçi" (1:0) oyunun baş hakimi olub. Həmin oyunda İqor Mitreskini qırmızı vərəqə ilə cəzalandıran hakim ümumilikdə 8 sarı vərəqə göstərmişdi ki, vərəqələrdən beşi "Neftçi" futbolçularına göstərilmişdi.
Gil, Ukrayna klublarının da bir neçə oyununu idarə edib. 2012-ci ildə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Şaxtyor" – "Nordsyaelland" (2:0), Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Dinamo" Buxarest – "Metallist" Xarkiv (0:2), 2014-cü ildə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş "Zorya" – "Feyenoord" (1:1) görüşlərinin baş hakimi olub.
Polşalı referi bu mövsüm isə Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilmiş "HJK" – "APOEL" (2:2), Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Dinamo" Minsk – "Fiorentina" (0:3) görüşlərini idarə edib.
