Topaz Premyer Liqasının V turunda keçirilən “Səbail” – “Qəbələ” (1:3) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
– Holideyin epizodunda ofsayd var idi?
– Holideyin fərqləndiyi epizodda əmin idim ki, ofsayd yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.
– Cavid Hüseynovun zədəsi nə yerdədi?
– Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim.
– “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Düşünmürsünüz ki, Fariz Nəcəfovun AFFA rəhbərliyini tənqidi əks təsir edir?
– Burda olduğum müddətdə həmişə deyəcəm, heç kimdən qorxmuram. Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.
– Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?
– Skamyada ofsayt olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görümür.
– İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?
– İlk yarıda soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı.
– Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız…
– Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.
