AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”nin Premyer Liqanın XXIX turundakı “Qarabağ”la matça əcnəbi hakimin idarə etməsi təklifinə də münasibət bildirib.
Korner.az-ın məlumatına görə, qurum başçısı yerli hakimlərin oyunları idarə etməsinin lehinə olduğunu bildirib:
“Onlar səhv edə bilərlər. Bu, bütün dünyada olur. Avrokuboklarda və millinin oyunlarında hakimlər daha kobud səhvə yol verirlər. Bu mənada, bizim hakimlər bəzi hallarda Avropa hakimlərindən irəli gedirlər”.
