big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bizim günahımız da az deyil” – MÜSAHİBƏ

11.02.2013 , 07:49

“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev klubun rəsmi saytına müsahibə verib.

– Komanda artıq təlim-məşq toplanışını başa vurdu. Bilmək istərdik, toplanış əvəzedici heyət üçün necə alındı?
– İlk növbədə klub rəhbərliyinə yaradılan şərait üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz zəruri şəraitlə təmin olunmuşduq. İxtiyarımızda baza, trenajor zalı, qidalanma və digər şərait vardı. Klubun prezidenti Georgi Nikolov komandamıza böyük diqqət ayırır. O, bizimlə tez-tez maraqlanır və hər işdə kömək edir. Klubun vitse-prezidenti Müzəffər Novruzəliyevə də təşəkkürümü bildirmək istəyirəm. O, da bizə çox kömək edir.

Mən artıq demişdim ki, biz yeni komanda yaradırıq. Toplanışın yekunlarından çox razıyam. Fiziki-funksional hazırlıq planında hiss ediləcək dərəcədə artırmışıq, topla və xətlər arasında əlaqələr üzrə işlər planındasa bizim müəyyən problemlərimiz var. Son həftə biz taktika üzərində çalışdıq, futbolçulara oynumuzun ümumi şəklini başa saldıq. Necə hücum etməyi ətraflı izah edirik, necə təzyiq göstərməyi və topsuz davranmağı başa salırıq.

– Bununla yanaşı, bir çox futbolçu toplanışı komandayla birlikdə keçirmədi. Kimsə əsas komandayla toplanışa yollandı, kimsə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalara çağırıldı, bir başqasısa “İnter”in U-17 komandasının toplanış keçirdiyi Türkiyəyə yollandı.
– Bu, kollektivin yaradılması planında mənfi haldı, lakin “İnter”in əvəzedici heyətinin futbolçularının əsas komandayla birlikdə toplanışda iştirak etməsi planında müsbət haldı. Bundan başqa, bizi çox sevindirir ki, oyunçularımız Azərbaycan milli komandalarına dəvət alırlar. Bu oyunçular bizim oyun tərzimizi bilirlər və buna görə də onların toplanışda yoxluğu komanda üçün böyük problem olmayacaq.

– Siz “İnter”in ehtiyat komandasına artıq iki mövsümdü rəhbərlik edirsiniz və bu müddət ərzində gənc futbolçuların əsas komandaya cəlb olumaları intensiv xarakter almağa başlayır.
– Bizim əsas komandayla yaxın əlaqəmiz məni çox sevindirir. Xoşdu ki, əsas komandanın məşqçi heyəti bizim futbolçuları diqqətlə izləyir. Biz məşq prosesimizi əsas komandanın hazırlıq prosesinə yaxınlaşdırmağa maksimum dərəcədə çalışırıq. Əlbəttə, biz əsas komandadan sürətli düşünmə və digər komponentlərə görə geri qalırıq. Ancaq çalışırıq ki, oyun tərzi və məşq prosesi əsas komandanın məşq tərzinə uyğun gəlsin.

– Sizin komandanız mövsümün ilk hissəsini turnir cədvəlində 3-cü yerdə başa vurdu. Maraqlıdı, çempionatın ikinci hissəsində “İnter”in ehtiyat komandasının qarşısında hansı məqsədlər dayanır?
– İstənilən insan qarşısına hansısa məqsədlər qoyur. Bizim qarşımıza konkret məqsəd qoyulub: ilk yeri tutmaq. Bəli, hazırda biz turnir cədvəlində 3-cü yeri tuturuq, ancaq kiminlə oyunda xal itirdiyimizə baxın, məhz qrupda lider olmayan komandalarla matçlarda xal itirmişik. Motivasiya planında uşaqlarda müəyyən problemlər vardı, lakin burada bizim də günahımız vardı, axı biz bu səhvi aradan qaldıra bilmədik. Buna baxmayaraq mən düşünürəm ki, “İnter” daha yüksək yerlərə layiqdi.

– Qışda komandada seleksiya işləri aparıldı. Sizin komandanız Uşaq-Gənclər Futbol Məktəbinin yetirmələrini və digər klubların oyunçularını baxışdan keçirdi. Komandanızın cərəncamında qalacaq futbolçuların adlarını açıqlaya bilərsiniz?
– Ötən müddət ərzində təqribən 30 futbolçunu, arzu edən daha çox idi, baxışdan keçirdik. Qeyd edim ki, bu və ya digər futbolçunu baxışdan keçirmədən öncə onu nəzəri cəhətdən təhlil edirdik. Yəni futbolçunun ampluasını öyrənirdik, bundan sonra ondan bu və ya digər vəziyyətlərdə nə edəcəyini soruşurduq. Belə baxışlar həddən artıq çox oldu. Biz yalnız digər klubun bir futbolçusuyla gücləndik- bu, Qaraxan Əliyevdi. “Tərəqqi” bizi anladı və onun keçidinə mane olmadı. “İnter”in UGFM-nin yetirmələrindən komandada qapıçı Emil Kazımov, həmçinin Bilal Qəmbərov və Sərdar Taşkın qalacaqlar. Bu 3 futbolçuyla müqavilə imzalanacaq, bundan başqa, “Turan”dan icarədən yoxlama oyununda fərqlənməyə macal tapmış hücumçu İlkin Sadıxov da qayıtdı. Bununla yanaşı, biz məktəbimizin digər oyunçularını da izləməkdə davam edəcəyik.

– Bu mövsüm “İnter”in əvəzedici komandasının heyəti hissediləcək dərəcədə cavanlaşmaya məruz qaldı. Komandada 1993 və 1994-cü il təvəllüdlü futbolçular demək olar qalmadı.
– Bizim əsas məqsədimiz əsas heyət üçün oyunçular hazırlamaqdan ibarətdi. Komandada 1993 və 1994-cü il təvəllüdlü futbolçular vardı, lakin biz onlarla vidalaşdıq. Biz həmin futbolçulara komandamızda çıxış etdiklərinə görə minnətdarlığımızı bildirdik, onlara karyeralarında uğurlar dilədik və yeni komanda tapmalarında köməyimizi təklif etdik. Bizə heyəti cavanlaşdırmaq lazımdı və bu qərarı “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeylə birlikdə qəbul etdik. O, cavanlaşmaya razılığını verdi və biz bu prosesi “İnter”in UGFM-nin yetirmələrini cəlb etmək hesabına başa çatdırdıq. Bu oyunçulara hələ çox işləmək lazımdır, ancaq onların inkişaf etdiriləsi potensialları var.

Son yazılar

To Top