"Bakı" Futbol Klubu ötən gün U-15 liqanın “Neftçi”yə qarşı keçirilən final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb. Lakin maraqlısı burdadı ki, bəyanatın üçüncü bəndində: "Burada xatırlamaq yerinə düşər ki, son illər anoloji qalmaqallar ölkə futbolunda ilk dəfə deyil ki, baş verir. Diqqətçəkən budur ki, onların əksəriyyətində yalnız bir tərəfin adı çəkilir. 2009-2012-ci illər Azərbaycan çempionatının "Neftçi"nin iştirakı ilə keçirilən oyunlarında "Qəbələ" futbol klubunun futbolçularına qarşı güc tətbiq edilib. AZAL rəhbərliyinə qarşı hörmətsizlik, "İnter" klubunun oyunçularının döyülməsi kimi faktlar nədənsə, ancaq "Netfçi" ilə oyunlara təsadüf edir" – deyə yazılıb.
Bununla əlaqədar "Qəbələ" klubunun baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında bunları dedi:
"Belə bir şeyə rast gəlinməyib. Bizim futbolçulara nəinki "Neftçi", heç bir klub güc tətbiq etməyib. Bəli, azarkeşlər arasında xoşagəlməz hal yaşanıb. Lakin futbolçular və rəhbərlik arasında yox".
