Futbol

“Bizi Bakıda çətin oyun gözləyir”

15.07.2019 , 10:05

“İlk oyunu təkrar izlədik, bizi maraqlandıran epizodları təhlil etdik. Məsələn, top rəqibdə olanda necə oynamalıyıq, yaxud da əksinə. Özümüzə inanırıq. Düzdür, bizi Bakıda çətin oyun gözləyir. Amma öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Qarşıda hələ 3 günümüz var. Hansı futbolçuların formada olduğunu görə biləcəyik. Əsas məqsədimiz top rəqibdə olanda müdafiə olunmaq, bizdə olanda isə hücuma keçməkdir. Hər şeyə hazır olmalıyıq”.

Korner.az-ın məlumatına görə, bu sözləri “Partizani”nin baş məşqçisi Franko Lerda yerli jurnalistlərə açıqlamasında deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunu haqda danışan çalışdırıcı ümidini itirmədiyini deyib:

“İnamımız var. Necə olacağını oyun göstərəcək. 25 milyon avroluq büdcəsi olan və ardıcıl bir neçə ildir avrokubokların qrupunda mübarizə aparan komandaya qarşı oynayırıq. “Qarabağ”ın nəyə qadir olduğunu bilirik. Ancaq futbolda hər şey ola bilər”.

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Albaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.

Son yazılar

Yuxarı