“Bir həftədir burdayıq. İntensiv olaraq məşqlərimizi davam etdiririk. Birinci oyunumuz idi. Əlbəttə, məğlub olmaq istəməzdik. İlk hissədə rəqibə daha yaxşı müqavimət göstərdik”.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis iyunun 30-da Türkiyədə yeni mövsümə hazırlıq məqsədi ilə ilk yoxlama görüşündə qarşılaşdıqları “Spartak-Nalçik”lə oyundan sonra bunları bildirib: “Futbolçularım bunun öhdəsindən layiqincə gələ bildi. Ancaq fasilədən sonra yorğunluq öz sözün dedi. Çünki bizdə heyət baxımdan çatışmamazlıqlar var. Hazırda bununla bağlı işlərimizi də davam etdiririk. Rəqibimiz isə artıq hazırlıqlarını tamamlayıb. Sabahdan ölkələrinə qayıdırlar və demək olar ki, tam çempionata hazır komandadır. “Spartak-Nalçik” bizim üçün çox yaxşı rəqib idi. Çünki komandamın hazırkı hazırlıq durumunu daha real görə bildim. Ancaq heç nəyə baxmayaraq ilk hissədəki oyundan razıyam. Düşünürəm ki, qarşıda bizim hələdə vaxtımız var. Çatışmamazlıqları aradan qaldıra biləcəyik”.
