big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Biz zəif deyilik” – Qurban Qurbanov

18.08.2022 , 00:03

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

– Gərgin oyun oldu. Hər iki komandada həyəcan var idi. Düşünürəm ki, bu olmalıydı. Tərəflər bir-birini tam tanımırdı. Canlı hiss etmək tam başqadır. Çox intizamlı komandaya qaşrı çıxış etdik. Müdafiədə oynamaqdan həzz alırdılar. 3-4 yüz faizlik qol epizodlarımız oldiu. Düşünülmüş hücumlarımız idi. Futbolçulara səbirli olmağı tapşırmışdım. Bunu gördüm. Rəqib fiziki çox güclü idi. Əks-hücum və standart vəziyyətlərdə təhlükəli idilər. Müdafiədə düzgün oynamağı bacardıq. İkinci hissə qalıb. Cavab matçında daha çox güc sərf etməliyik ki, üstün ola bilək. Futbolçularımdan razı qaldım. Böyük təcrübə, inam qazandılar. Cavab matçına tam hazır olmalıyıq. Azarkeşlərimiz ilk dəqiqələrdən möhtəşəm idilər. Hər biirnə təşəkkür edirəm.

– Heç vaxt çexlərə qalib gələ bilməmişik. Səfərdə fərqli taktika seçmək lazımdır ki, rəqibin müqavimətini qıra bilək.
– Daim futbolçulardan və özümdən tələb edirəm ki, nəyi bacarırıqsa, onu inkişaf etdirməyə çalışmalıyıq. Heyət eyni olsa da, görünməyən elementlər var. Hər rəqibə qarşı bir-iki fərqli kombinasiyalarımız olur. Bəzi taktiki gedişlər ola bilər. Nəyi yaxşı bacarırıqsa, ondan maksimum istifadə edəcəyik. Analiz etdikdən sonra əlavələr edəcəyik.

– Tahir Gözəl dedi ki, qrupa düşəcəyimizə 80 faiz inanıram. Siz nə qədər inanırsız?
– Biz ora böyük inamla gedirik. Şansımız varsa, maksimum istifadə edəcəyik. Çexiyaya müdafiədə oturmağa getməyəcəyik. Maksimum hücum etməyə çalışacağıq. Rəqibin nə qədər imkan verməsi də vacibdir. 9 nəfər futbolçularımızla birə-bir oynamağa çalışırdı. Səbirlə epizodları gözlədik. Qol imkanlarımız da oldu. Qapıçıları yaxşı çıxış etdi.

– Bəzi məqamlarda rəqibə uduzurduq sanki. Bu, rəqibin bizi yaxşı analiz etməsi ilə bağlı idi?
– Hər komandanın öz üstün cəhəti var. Biz nədəsə uduzurduqsa, onlar da nədəsə uduzurdular. Futbolun qanunu budur. Zəngin təcrübəsi olan komandaya çıxış etdik. Çexiya futbolu oyun intizamı ilə seçilir. Sevinirəm ki, bizə ciddi yanaşır və ehtiyatlanırlar. Bizə qarşı birə-bir oynamağa çalışırdılar. Bu, futbolda nadirən görünür. Futbolçularımla qürur duyuram. Onlara bildirdim ki, düşünməyin oyun sistemləri belədir. Başqa cür də oynaya bilərdilər. Buna sevinirəm. belə matçlarda futbolçularımın böyüdüyünü görürəm. Cavab matçında daha çox meydanda düşünmək lazım olacaq. Boşluqlar həmişə olur. Futbolçular bunları başa düşüb, daha yaxşı olmağa çalışırlar.

– Analiz etdiyiniz “Viktoriya” ilə meydanda gördüyünüz arasında fərq çox idi?
– Deməzdim. Sadəcə etdiklərini daha çox etdilər, daha çox dözdülər. İlk hissənin sonuna yaxın bəzi epizodlarda çatdırmadılar. Bu oyunu göstərmək asan deyil. İkinci yarının ortalarında əvvəlki kimi oynaya bilməyəcəklərini gözləyirdim. Amma sona kimi dözdülər. Yenə də qol epizodları yaratdıq. Düşündüyümüzdən daha bərk komanda gördük.

– Matçdan öncə bilet satışında yaranan problemə görə çoxları klubu günahlandırır. Bu barədə nə deyə bilərsiz?
– Heç bir fikrim yoxdur. Belə problemlər həmişə yaşanıb. 32 min azarkeşi və əlavə olanlara daim nəzarət edə bilmərik. Nədə problem olduğunu bilmirəm. Stadion tam dolmuşdu. Kiməsə çatmamışdısa, başqa məsələdir. Bu, çox da şişirdiləsi məsələ deyil. Yerləri bəllidir, onlayn da satılır. Bütün azarkeşlərimizin stadionda olmasını istərdim. Təəssüf ki, say məhdudiyyəti var. Qüsur olubsa, üzrlü saysınlar. Amma bilsinlər ki, biz həmişə azarkşlərimizin razı qalmasına çalışmışıq.

– Futbolçular sanki tam potensiallarını göstərə bilmədilər…
– Bəzən rəqib nə qədər imkan verirsə, o qədər özünü göstərirsən, artığını edə bilmirsən. Onların ilk məqsədi bizə oynamaq imkanı verməmək idi. Topsuz oyuna üstünlük verirdilər. Zubir öz cinahında oynayırsa və orta sahəyə gedirsə, sağa çəkilirsə onunla oynayan futbolçu da sona kimi gəlir. Digər oyunçularla bağlı da eyni məqam var idi. Rəqib müdafiəçiləri top yox, oyunçu maraqlandırırdı. Getdikcə daha güclü, təcrübəli komandalara qarşı oynayırıq. 3-4 real qol epizodumuz oldusa, deməli, nəyisə düzgün etmişik. Oyunçular da ilboyu tam gözlədiyimiz futbolu oynaya bilməz. Çempionlar Liqasının pley-offunda gərginlik həddən artıq çox olur. Burada hamı səhv etməkdən ehtiyatlanır. Biz zəif deyildik, sadəcə rəqib bəzi epizodlarda daha diqqətli oynayırdı.

– Musa Qurbanlı nə zaman avrokuboklarda oynayacaq? Hələ hazır deyil?
– Mənim üçün ən ağır suallardandır. Cavab vermək çətindir. Tələsmək lazım deyil. İki eyni səviyyəli oyunçumuz olarsa Musaya deyil, digərinə üstünlük verəcəm. Musa tam üstün olarsa, onda oynayacaq. Hələ gəncdir, vaxtı olacaq. Tam hazır olduğunu görəndə ondan da istifadə edəcəyik. Tələsmək lazım deyil. Hər işin öz vaxtı var (futbolpress.az).

Son yazılar

To Top