“Bu gün bir xeyli epizodlar oldu. Yararlana bilmədik. ustalıq səviyyəsi çatışmadı, bundan başqa düzgün qərarlar qəbul etmədik. Ustalığı əldə etmək olar, daha yaxşı hazırlaşmaqla və s. Biz indi öyrənmək istəsək, ömrümüz çatmaz. Bu matç bizim motivasiyamıza təsir edə bilməz. ”
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Təcrübəli mütəxəssis Topaz Premyer Liqasında III turun “”Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda danışıb.
Roman Qriqorçuk daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Siz düşünürsünüzmü, komandaya gənc istedadlı futbolçu cəlb etmək lazımdı?
– Bu oyunçunu tapmaq mümkün deyil. Cavan oyunçularımız var onlarla məşq edəcəyik. Yalnız bu yolla əldə etmək olar. Gənc istedadlı oyunçuları komandaya dəvət etmək mümkün deyil.
– Hakim sərt oyuna üstünlük verdi. Bu sizi narahat etmədi ki?
– Düşünürəm ki, bu gün hakim sərt oynamağa imkan yaratdı və düşünürəm ki, düzgün qərarlar qəbul etdi.
