“Arsenal”ın baş məşqçisi Arsen Venqer Çempionlar Liqası 1/8 final mərhələsində rəqibi olan “Barselona” haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransalı mütəxəssis ispanları məğlub yetmək gücündə olduqlarını bildirib:
“Bizim qarşımızda turnirin hazırki çempionu, Avropanın ən güclü komandası dayanıb. Amma düşünürəm ki, irəliləmək üçün heç də az şansımız yoxdu. “Barselona” ilə bundan əvvəlki oyunda komandamız cavan və təcrübəsiz idi. Ancaq indi düşünürəm ki, artıq böyümüşük və “Barselona”nı keçə bilərik”
