Foqts şotlandların yaddaşlarından silinməyib
"Biz bu praktikanı Berti Foqtsla da yaşadıq. Azarkeşlərimiz də şahid oldu ki, komandaya əcnəbinin başçılıq etməsi bizi uğursuzluğa aparır".
Korner.az-ın məlumatına görə, bu sözləri Şotlandiya millisinin keçmiş üzvü Qordon Makkuin deyib.
Britaniya futbolunun məşhur siması milli komandasında yerli baş məşqçinin çalışmağını isyədiyini bildirərək, bir zamanlar Şotlandiya millisinə başçılıq etmiş Berti Foqtsun yığmadakı uğursuz nəticələrini önə çəkib:
"Bizə Berti Foqts kimi başqasının adını mənimsəyən biri lazım deyil. Biz bunu onun yığmada göstərdiyi uğursuz nəticələrdə də gördük".
Xatırladaq ki, hazırda millimizin baş məşqçisi olan Foqts 2002-ci ildən Şotlandiya yığmasına başçılıq edib və 2 illik uğursuz nəticələrdən sonra qovulub.
