Mayın 4-də "Futsal time" verilişinin xüsusi buraxılışı efirə gedib.
MYVİDEO kanalı vasitəsilə canlı yayımlanan verilişdə aparıcı Araz Əhmədovun qonaqları futzal üzrə yığma komandamızın baş məşqçisi Biro Jade və millimizin və "Araz" klubunun əsas qapıçısı Rövşən Hüseynli olub.
Bir saat ərzində onlara ünvanlanan sualları cavablandıran qonaqlar, maraqlı açıqlamalar da verib. Proqramda mövcud problemlərdən, 2018-ci ildə Sloveniyada baş tutacaq Avropa çempionatında iştirak edəcək yığmamızın perspektivlərindən söhbət açılıb.
Qeyd edək ki, "Futsal time" proqramı MYVİDEO və SPORTFM kanalları, Myvideo.az, Sportfm.az və Milli.az saytları vasitəsilə yayımlanır.
