İngiltərənin “Sunday Times” qəzeti Birləşmiş Krallıqda 2017-ci ilin ən varlı idmançılarının siyahısını hazırlayıb.
Korner.az-ın məlumatına görə, siyahıda ilk yeri 131 milyon funt sterlinqlik sərvəti ilə Birləşmiş Kralıqdan olan Formula-1 pilotu Levis Hamilton tutur.
İkinci yerdə 110 milyon funt sterlinqlik sərvəti ilə Zlatan İbrahimoviçdir. 3-cü pillədə isə 93 milyon funt sterlinqlik sərvəti ilə Ueyn Runi qərarlaşıb.
Siyahıda ilk 10 yeri tutan idmançıları təqdim edirik:
1. Levis Hamilton (motorlu idman növləri) – 131 milyon funt sterlinq
2. Zlatan İbrahimoviç (futbol) – 110 milyon funt sterlinq
3. Ueyn Runi (futbol) – 93 milyon funt sterlinq
4. Censon Batton (motorlu idman növləri) – 86 milyon funt sterlinq
5. Rori Maklroy (qolf) – 82 milyon funt sterlinq
6. Endi Mürrey (tennis) – 77 milyon funt sterlinq
7. Joze Mourinyo (futbol) – 61 milyon funt sterlinq
8. Qaret Beyl (futbol) – 54 milyon funt sterlinq
9. Pep Qvardiola (futbol) – 50 milyona funt sterlinq
10. Luol Denq (basketbol) – 50 milyon funt sterlinq
