"Birinci hissədə öz oyunumuzu diktə etdik və bu, qələbəmizin bünövrəsi oldu".
Korner.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Stramaççoni qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
"Neftçi" – "Rubin" oyununun maraqlı keçəcəyinə inanıram. Təbii ki, "Rubin"in təcrübə sarıdan "Neftçi"dən güclü olduğu şübhəsizdi. Həftəsonu "Milan"la keçirəcəyimiz derbiyə hazırıq. Təəssüf ki, onların Çempionlar Liqasındaklı oyununu izləyə bilmədim, ancaq videoyazıya baxıb, özüm üçün nəticə çıxaracağam. "İnter"in dördüncü qolu vurmaq şansı daha çox idi".
