Dünən Azərbaycan Birinci divizionu çərçivəsində "Neftçala" "Araz Naxçıvan"ı "Bayıl Arena"da 1:0 hesabı ilə məğlub edib.
Korner.az məlumatına görə, oyundan sonra komandalar arasında gərginlik yaşanıb. Belə ki, paltardəyişmə otağının dəhlizində klub rəsmiləri arasında narazıçılıq olub. Bir-birlərinə hücum çəkməyə çalışan rəsmilərə polis mane olaraq, münaqişənin böyüməsinə imkan verməyib.
Qeyd edək ki, hadisə zamanı paltardəyişmə otağının dəhlizində olan digər polislər jurnalistləri ordan uzaqlaşdırmağa çalışdığından olayla bağlı şəkil və ya video görüntü əldə edə bilmədik.
