Azərbaycan birinci divizionunda 2015/2016 mövsümünə yekun vurulub.
Korner.az-ın məlumatına görə, son turda 3-cü yerin sahibi müəyyənləşib.Qızıl medalların sahibi “Neftçala” və gümüş medallara yiyələnən “Qaradağ Lökbatan”ın ardından çempionatı 3-cü pillənin sahibi kimi “Ağsu” tamamlayıb. MOİK və “Ağsu”nun xalları eyni olsa da, şəxsi oyunlarda ikinci öndə olub.
Birinci divizionda 2015/2016-cı illər mövsümünün bombardiri aktivində 24 qolu olan Röyal Nəcəfovdur (MOİK).
Son turda aşağıdakı nəticələr qeydə alınıb:
“Bakılı” – “Göyəzən” – 2:2
Qollar: Ramil Həşimzadə, 15 (1:0), Əbülfət Abbasov, 31 (2:1), Vüsal İbrahimov, 55 (2:1), Arzuman Vəliyev, 84 (2:2)
“Neftçala” – “Energetik” – 10:0
Qollar: Aqşin Muxtaroğlu, 14 (1:0), David Janelidze, 22 (2:0), 33 (3:0), 49 (4:0), Məhəmməd Xəlilov, 64 (5:0), Elvin Adışirinli, 70 (6:0), David Janelidze, 72 (7:0), Məlikməmməd Abbasov, 76 (8:0), David Janelidze, 77 (9:0), Məhəmməd Alıyev, 89 (10:0)
“Turan” – “Şəmkir” – 1:0
Qol: Azər Məmmədov, 63 (1:0)
“Qaradağ Lökbatan” – “Mil-Muğan” – 1:0
Qol: Cavid Muxtarzadə, 20 (1:0)
“Zaqatala” – “Ağsu” – 1:1
Qollar: Elvin Nəsibov, 14 (1:0), Qalib Əmrahov, 73 (1:1)
MOİK – “Şahdağ” – 9:1
Qollar: Röyal Nəcəfov, 7 (1:0), 12 (2:0), 17 (3:0), 49 (4:0), Sərxan Ağayev, 51-pen (4:1), Röyal Nəcəfov, 52 (5:1), Orxan Həsənov, 62 (6:1), Röyal Nəcəfov, 65-pen (7:1), Sənan Bayramzadə, 81 (8:1), Fuad Məmmədzadə, 83 (9:1)
