Birinci divizionda 4-cü tura yekun vuruldu
21.09.2018 , 19:45

Azərbaycan birinci divizionunda 4-cü tura yekun vurulub
Son oyun günündə üç görüş keçirilib. “Qarabağ-2” “Şüvəlan”la ev oyununda ilk xal itkisi ilə üzləşib. MOİK “Zirə”nin əvəzediciləri ilə görüşdə qələbə rəsmiləşdirib. “Səbail-2” isə “Keşlə-2” üzərində qələbəyə sevinib.
21 sentyabr
“Keşlə-2” – “Səbail-2” – 1:2
Qollar: Nurlan Quliyev, 2 – Orxan Qurbanlı, 16; Nurlan Rzazadə, 61.
Hakimlər: Kamal Umudlu, Azər Əsgərov, Eyyub İbrahimov, Emin Nağıbəyov
Bakı. “ASK Arena”, 16:00.
MOİK – “Zirə-2” – 1:0
Qol: Orxan Həsənov, 39-pen.
Hakimlər: Etibar Həsənov, Ruslan Babayev, Samir Ələsov, Bəxtiyar Gözəlov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qarabağ-2” – “Şüvəlan” – 1:1
Qollar: Rövlan Muradov, 49 – Qara Qarayev, 16.
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
