Son oyun günündə 3 qarşılaşma keçirilib
“Turan Tovuz” doğma azarkeşləri önündə “Mil-Muğan”ı minimal hesabla məğlub edib. MOİK – “Şüvəlan” oyununda hesab açılmayıb. Evdə “Zaqatala”nı qonaq edən “Sabah” isə 3 xalı 3 qolla qazanıb.
30 mart (cümə)
15:00. “Turan Tovuz” – “Mil-Muğan” – 1:0
Qol: İlkin Rzayev, 83
Heydər Əliyev adına İmişli şəhər stadionu
15:00. MOİK – “Şüvəlan” – 0:0
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
15:00. “Sabah” – “Zaqatala” – 3:1
Qollar: Emin Mehtiyev, 29, 48, İlqar Ələkbərov, 36-penalti – Elvin Həsənov, 28
Binə qəsəbə stadionu
29 mart (cümə axşamı)
15:00. “Ağsu” – “Xəzər” – 1:3
Qollar: Tural Qürbətov, 26 (0:1), Malik Babayev, 37 (1:1), Vadim Abdullayev, 43 (1:2), Rəşad Qarayev, 90+3-avtoqol (1:3)
Ağsu şəhər stadionu
15:00. “Binə” – “Qaradağ Lökbatan” – 2:2
Qollar: Ruslan Tağızadə, 69 (0:1), Seymur Abdullayev, 83 (1:1), Əliqulu Manafov, 85 (1:2), Vüsal Səfərov, 90+2 (2:2)
Binə qəsəbə stadionu
Qeyd edək ki, turnir cədvəlinə 43 xalla “Qaradağ Lökbatan” başçılıq edir. İkinci pillədəki “Xəzər”in 35 xalı var. İlk 3-lüyü 34 xalla “Şüvəlan” tamamlayır.
