Bütün oyunlar eyni saatda
Futbol üzrə Azərbaycan Birinci Divizionunun 10-cu turun proqramı açıqlanıb.
Korner.az-ın məlumatına görə, növbəti turun oyunları noyabrın 17-18-də keçiriləcək.
Bütün oyunlar saat 14:00-da başlayacaq.
10-cu tur
17 noyabr (şənbə)
“Neftçala” – “Tərəqqi”
N.Nərimanov adına Neftçala şəhər stadionu
“Şuşa” – MOİK
Bakı. “Şəfa” stadionu, 4-cü meydança
“Ağsu” – “Energetik”
Ağsu. Şəhər stadionu
18 noyabr (bazar)
“Qaradağ Lökbatan” – “Qala”
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
“Göyəzən” – “Lokomotiv”
Qazax. Şəhər stadionu
“Şəmkir” – “Bakılı”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
