Azərbaycan birinci divizionunda 8-ci tura start verilib
İlk oyun günündə iki görüş keçirilib.
“Ağsu” öz meydanında “Binə” ilə qarşılaşıb. Oyunda qonaq komanda 2:0 hesablı qələbə qazanıb.
MOİK isə evdə “Sabah”a qalib gəlib – 3:1.
11 noyabr
“Ağsu” – “Binə” 0:2
Qollar: Renat Aşurov, 68; 82.
MOİK – “Sabah” 3:1
Qollar: Orxan Həsənov, 36. İsmayıl İbrahimli, 59. Bilal Abbaszadə, 75 – Bayram Nuruzadə, 37.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalla “Qaradağ Lökbatan” başçılıq edir. MOİK 17 xalla 2-ci, “Turan “Tovuz” isə 13 xalla 3-cüdür.
