Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turun bir qarşılaşması keçirilib.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, Qusarda “Göyəzən” komandasını qəbul edən “Şahdağ” rəqibini 2-1 hesabı ilə məğlub edib.
30 noyabr
“Şahdağ” – “Göyəzən” – 2:1
Qollar: Zahid Tayıbov, 18 (1:0), Tofiq Abbasov, 44 (2:0), Arzuman Vəliyev, 75 (2:1)
