big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Birinci dəstədə itirilən illər və Avropaya ilk “qaranquş” – LAYİHƏ

23.01.2017 , 08:22

Sportfm.az və Korner.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində ikinci yazısı 

Əvvəlini oxumaq üçün buraya kliklə: http://korner.az/v3/xeber/37551/

“Eniş dövrü” və Birinci dəstədə itirilən illər

1970 və 1971-ci illərdə ölkə kubokunda yarımfinala vəsiqə əldə edən “Neftçi” bu turnirdə bir daha uğura imza ata bilmir. 1971-ci ildə Banişevski də artıq əvvəlki formasını yığmışdı və Şevçenko ilə birlikdə həm “Neftçi”nin hücum xəttini təşkil edirdi, həm də SSRİ yığmasına cəlb olunurdular. Buna baxmayaraq, çempionatın ikinci dövrəsini zəif keçirən komanda sonda 9-cu olur. Yeni mövsümə “Neftçi” mövsümə itki ilə başlayır. Ən böyük itki mövsümün yekunlarına görə ən yaxşı sol kənar hücumçusu kimi “33 ən yaxşı” arasına düşən Vitali Şevçenkonun Bakı klubunu tərk edərək Kiyev “Dinamo”suna yollanması idi. Kazbek Tuayevlə Yaşar Babayev isə karyeralarını bitirməyə qərar verir. Hər bir komandanın tarixində olan eniş dövrü “Neftçi” üçün məhz 1972-ci ildə başlayır. Düzdür, həmin il bakılıların hücumçusu Anatoli Banişevski SSRİ yığmasının heyətində Belçikada keçirilən Avropa Çempionatında gümüş medalları qazanır. Ancaq Banişevskinin doğma “Neftçi”si  mövsümü olduqca zəif keçirir və Birinci dəstəyə düşməkdən qurtula bilmir. Uzun müddət Güclülər dəstəsində mübarizə aparan “Neftçi” 1973-cü ildə bu dəfə oraya yüksəlmək üçün çalışır. Mövsümün əvvəlindəki proqnozlarda favoritlərin arasında ilk növbədə komandamızın adı çəkilir. Hamı bakılıların elə birinci cəhddən vəzifənin öhdəsindən layiqincə gələcəyini düşünür. 

1973-cü il çempionatı həm güclülər dəstəsində, həm də Birinci dəstədə SSRİ Futbol Federasiyasının tətbiq etdiyi yeniliklə yadda qalır. Belə ki, danışılmış oyunların qarşısını almaq məqsədilə heç-heçələr “ləğv edilir”. Əsas vaxt heç-heçə bitən kimi oyunsonrası penaltilər vurulmalı və penaltilərlə qalib gələn komanda bir xal almalı idi; məğlub olan komandaya isə xal verilmirdi. Məhz 1973-cü ildə dövrələrarası fasilədə Asəf Namazovun gətirilməsi zəif təsir bağışlayan müdafiə xəttinin gücləndirilməsinə xidmət edirdi. Lakin yekunda 4-cü sıranı tutan paytaxt futbolçuları Güclülər dəstəsinə çıxmaq vəzifəsinin öhdəsindən gələ bilmir. Növbəti mövsümü boşa verən komandamız iki il dalbadal qarşıya qoyulan məqsədə çata bilməyən heyətdə ciddi dəyişiklik etmir. Heyətə cəlb edilən üç futbolçu Roman Cəfərov, Elbrus Abbasov və Şakir Qəribov “ən yaxşılar”ın sırasına qoşulmaqda komandaya kömək etməli idi. Komanda oyunundakı qeyri-sabitlik, mövsüm boyu fiziki qüvvənin düzgün bölüşdürülməməsi sonda “Neftçi”yə əsas məqsədə çatmağa imkan vermir. Birinci dəstədəki dördüncü ilində rəhbərlik əvvəlki səhvlərdən nəticə çıxardığını və bu dəfə mütləq qarşıya qoyulan məqsədə çatacağını açıqlamaqdan çəkinmir. Komanda üçün demək olar, hər cür şərait yaradılır. Yaradılan şəraitdən düzgün yararlanan “Neftçi” turnir cədvəlində ikinci pillədə qərarlaşaraq, 1977-ci ili güclülərlə bir sırada keçirməyə nail olur. Ümumiyyətlə isə həm vurulan qollara, həm də topların fərqinə görə komandamız hamını qabaqlayır. “Neftçi” səfərdə də hamıdan çox – 20 xal toplayır. Bakıdan isə heç kim qələbə ilə qayıda bilmir. Mövsümü yuksək səviyyədə keçirən hücumçumuz Elbrus Abbasov 28 qolla birinci dəstənin ən sərrast futbolçusu olur. Komandanın uğuru respublika rəhbərliyinin də diqqətindən kənarda qalmır. Azərbaycana rəhbərlik edən Heydər Əliyev “Neftçi”ni qəbul edir. 

“Banış”ın 100-cü qolu və səfər sindromu

1977-ci ildə mövsümün yarıdan çoxunu “ilk onluq” ətrafında keçirən “Neftçi” sona yaxın gözlənilmədən “təhlükəli zona”ya yaxınlaşır. Bakıda “Zarya” üzərində qələbə ilə səfərdə “Karpatı” ilə heç-heçə vəziyyəti düzəltsə də, Kiyevdəki məğlubiyyət hər şeyi son tura saxlayır. “Dnepr”lə Bakıdakı heç-heçə növbəti mövsümü də güclülərlə bir yerdə keçirməyi təmin edir.
1978-ci ildə güclülər dəstəsində yerini qoruyan Bakı klubunun simvoluna çevrilən Banişevski üçün yaşıl meydanlara vida ili olur. O, Moskvaya oxumağa yollanır, Bakıya məşqçi kimi qayıtmaq üçün…
Məhz 1978-ci ildə A.Banişevski 100-cü qolunu vuraraq “Qriqori Fedotov” klubuna daxil olur. İsgəndər Cavadov isə “Neftçi”yə çox kömək olacaq qollarının əsasını sona beş tur qalmış Bakıda “Dnepr” üzərində qələbə ilə başa çatan görüşdə qoyur. Növbəti il “Neftçi” mövsümü 14-cü pillədə başa vuraraq, güclülər dəstəsində yerini qoruyur. Bu işdə Əhməd Ələsgərovun təcrübəsi və məşqçilik bacarığı böyük rol oynayır. Moskvada keçirilən Olimpiada ilə əlaqədar bütün SSRİ ərazisində idman ili kimi xatırlanan 1980-cı il “Neftçi” üçün uğurlu başlayır. Ötən mövsüm əvəzedicilərin turnirində ikinci yeri tutan komandamızın bir neçə üzvü əsas komandaya cəlb olunur. Komandanın yeni kapitanı İsgəndər Cavadov seçilir. “Neftçi” sonda güclülər dəstəsindəki yerini qoruya bilir. 44-cü SSRİ çempionatı da bakılılar üçün əvvəlki illərdən fərqlənmir. Yenə də əsas məqsəd güclülər dəstəsində yerini qoruyub saxlamaq olur. Mövsümü 10-cu sırada tamamlayan “Neftçi” daha yaxşı nəticə əldə edə bilərdi. 

Güclülər dəstəsinə qayıtdığı son 5 il ərzində yalnız burada yerini qorumaq uğrunda apardığı mübarizə komandaya təsirsiz ötüşmür. Belə ki, futbolçular oyunlara stimulsuz çıxır, güclülər dəstəsinin autsayderləri olduqları ilə, bir növ, barışırlar. 1979-cu ildən komandada baş məşqçi vəzifəsini yerinə yetirən Ə.Ələsgərov da komandanı bu psixoloji durumdan çıxarmağa müvəffəq ola bilmir. “Neftçi”nin ən ağrılı problemi isə səfər sindromu sayılır. Bakıda istənilən rəqibi udmağı bacaran komanda səfərdə bunu edə bilmir. 1982-ci il çempionatında “Neftçi”səfərdən cəmi üç xal gətirə bilir. Buna baxmayaraq, Bakıda keçirdiyi oyunlarda komandanın oyununda yüksəliş hiss olunurdu. Hətta Səmədağa Şıxlarovla Asim Xudiyev SSRİ-nin Olimpiya yığmasına cəlb olunurlar və komanda ilə birlikdə Trindad və Tobaqoya səfərə yollanırlar. Fasilə dövründə isə “Neftçi” liderlərindən birinin itkişi ilə barışır. Komamdanın “qol silahı” İsgəndər Cavadov Moskva “Dinamo”suna yollanır. Sonda 16-cı sıranı tutan bakılılar güclülər dəstəsində yerini qoruya bilir. 1983-cü ildə “Neftçi” 46-cı SSRİ çempionatına böyük dəyişikliklərlə başlayır. Əhməd Ələsgərovu Kazbek Tuayev, Rafiq Məmmədovu isə Rauf Adıgözəlov əvəz edir. Kazbek Tuayevə Ruslan Abdullayev və Ali Məşqçilər Məktəbini bitirib Bakıya dönən Ağasəlim Mircavadov köməkçi təyin edilir. Komandanı böhrandan çıxarmaq üçün bəzi addımlar atılır. Oyunlara daha yaxşı hazırlaşmaq məqsədilə 1967-ci ildə tikilmiş təlim-məşq bazası qısa müddətdə təmir olunur. Komanda Güclülər dəstəsində qalmaqda o qədər də çətinlik çəkmir və 13-cü yeri tutur. Bir il sonra uğursuz nəticələrə görə istefaya göndərilən Kazbek Tuayevi əvəz edən Ruslan Abdullayev komandanın “ən yaxşılar”ın sırasında saxlaya bilir. 1985-ci il mövsümü ərəfəsində SSRİ Futbol Federasiyası bir daha çempionatın Əsasnaməsində dəyişiklik etdi.

1979-cu ildən 18 iştirakçının qatıldığı ölkə çempionatında növbəti mövsümdən komandaların sayının 16-ya endirilməsi haqda qərar çıxarıldı. Buna görə də 17-18-ci yerləri tutan komandalar güclülər eşalonunu tərk edirdi. 15-16-cı yerləri tutan komandalarla Birinci liqada ilk iki yeri tutan komanda “Keçid turniri”ndə qarşılaşacaqdılar. Etiraf etmək lazımdır ki, bu məsələ “Neftçi”nin vəziyyətini xeyli çətinləşdirirdi. Nəticədə mövsümün sonunda son oyunu “ev”də “Kayrat”a uduzan “Çernomorets”lə “Neftçi” keçid turnirində oynamalı oldular. Birinci dəstədən isə MOİK və “Dauqava” (Riqa) turnirə qatılmaq imkanı əldə etdi. Beləliklə, 4 komanda Moskvada örtülü manejdə 2 dövrədən ibarət turnirdə kimin növbəti mövsümü güclülər arasında keçirəcəyini müəyyənləşdirməli idi. “Neftçi”nin hər iki oyunda “Dauqava”ya qalib gəlməsi (3:0 və 4:0) həlledici oldu və “Çernomorets”lə MOİK-dən alınan daha 3 xal komandamızın turniri ikinci pillədə başa vurması ilə nəticələndi. Beləliklə, “Çernomorets”lə (9 xal) “Neftçi” (7 xal) həmin il birinci liqadan heç kimi güclülər dəstəsinə buraxmadılar. 49-cu ölkə çempionatı ərəfəsində “Neftçi”də elə bir böyük dəyişiklik baş vermədi. Həmin mövsüm “Neftçi”nin hücumçusu Maşallah Əhmədov üçün daha da yaddaqalan olur. Komanda yekunda 13-cü sırada qərarlaşır. Növbəti mövsüm komanda uğurlu çıxış edərək yekunda 9-cı pillədə qərarlaşır. 

Keçilməz “Kayrat” və Avropaya ilk “qaranquş”

1987-ci il klubun uğurlu çıxışı ilə yanaşı, heyətin üç gənc oyunçusu SSRİ-nin 17 yaşa qədər futbolçulardan ibarət yığmasının heyətində dünya çempionu olur. Arif  Əsədov, Vladislav Lemiş və Vladislav Qədirov Kanadanın stadionlarında keçirilən turnirdə ən yaxşılardan idi. 1988-ci ildə SSRİ Futbol Federasiyasının Kubokunun finalına adlayır. Finala gedən yolda “Jalqris”(Vilnüs), “Spartak”(Moskva) kimi o dönəmin güclü komandalarını mübarizədən kənarlaşdıran bakılıları finalda eyni qrupda mübarizə apardığı Alma-Ata “Kayrat”ı gözləyirdi. 22 noyabrda Kişinyovdakı Respublika stadionunda keçirilən final matçında  Yuri Kuznetsovun rəhbərlik etdiyi “Neftçi” rəqibinə 4:1 hesabı ilə məğlub olaraq medal qazanmaq şansını əldən verir. Komandamızın yeganə qolunu Vəli Qasımov vurur. O bu turnirdə 4 dəfə fərqlənərək bombardirlər sırasında yer alır. Mövsümün sonunda komandanın ən aparıcı üzvlərindən biri olan İqor Ponomaryov klubu tərk edərək İsveçə, “Nörçepinq” klubuna yollanır.  Bununla İqor klubun tarixinə Avropaya transfer olunan ilk futbolçu kimi düşür. SSRİ çempionatları tarixində ardıcıl 24 penaltini qola çevirərək rekorda sahib olan Ponomaryov 1988-ci ildə SSRİ yığmasının heyətində Seul Olimpiadasının qalibi olmağı da bacarır. İqorun komanda yoldaşı Arif Əsədov 1988-ci ildə daha bir uğur qazanır. SSRİ yığmasının heyətində 19 yaşa qədər futbolçuların Avropa çempionatına yola düşən gənc müdafiəçi turnirin qızıl medallarını əldə edir. Ancaq bütün bu uğurlar fonunda komanda 1988-ci ildə Birinci dəstəyə yuvarlanır. 

“Futbolçu gəldilər, əsgər dönürlər!”

1989-cu ildə qeyri-sabit çıxış qrafikinin ardından “Neftçi” birinci dəstədə yalnız 8-ci ola bilir. Bakı klubu peşəkar əsaslara keçsə də, bu, həyatda çox ləng gedir. Respublikada siyasi və iqtisadi həyatın gərginliyi nəzərdə tutulan bütün işlərin həyata keçirilməsinə çətinlik törədirdi. Bu gərginlik heyətin tam komplekləşdirilməsinə də mane olurdu. Ötən mövsümün sonunda komandaya baş məşqçi təyin olunan Ruslan Abdullayev yenidən vəzifəsini icra etməli idi. “Neftçi”də artıq nəsildəyişmə prosesi də gedirdi. Abdullayev bu məqsədlə əsasən yerli gənclərin xidmətindən yararlanmaq qərarına gəlir. İlk olaraq Nazim Süleymanov Moskva “Spartak”ına keçir. Maşallah Əhmədov isə, ümumiyyətlə, futbolçu karyerasına son qoyur. Bundan başqa, Novruz Əzimov, Yaşar Vahabzadə, Vaqif Sadıqov, Vyaçeslav Lemiş də komandanı tərk edənlər arasında idilər. Moskva Bakıya ordu yeridir və 20 Yanvar faciəsini bizlərə yaşadır. Bu qanlı hadisələr zamanı “Neftçi” İstanbulda idi. Türkiyədə Azərbaycan günləri çərçivəsində mədəniyyət xadimləri ilə birgə futbolçularımız da səfərə yollanmışdılar. Tədbirlər çərçivəsində “Neftçi” “Qalatasaray”la qarşılaşır. Məhz bu matçdan (2:2) sonra futbolçulara Bakı qırğınları barədə xəbərlər çatır. Hətta Türkiyə baş verənlərdən dəhşətə gəlmiş, yerli mətbuat isə futbolçularımızın nə vəziyyətə düşdüklərini manşetə çıxardıqları xəbərlərlə oxuculara çatdırır. “Milliyet” qəzeti manşetə bu sərlövhəni çıxarır: “Futbolçu gəldilər, əsgər dönürlər!”.
Bakıya qayıdan komandamız dərhal Şəhidlər Xiyabanını ziyarət etdi. Hamıya məlum idi ki, bu şəraitdə futbol yada düşmürdü. Buna baxmayaraq, növbəti SSRİ çempiontının başlamasına az qalırdı. Lakin futbol mövsümü ərəfəsində Gürcüstan və Litva komandaları çempionatdan çıxır. SSRİ imperiyasının və onun futbol çempionatının tam dağılmasının an məsələsi olduğu gün kimi aydın idi. Nəticədə komanda SSRİ adlanan məkanda son mövsümünü, bir il əvvəl olduğu kimi, yenə də 8-ci yerdə başa vurdu.

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top