Ermənistan Futbol Federasiyası (EFF) 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyununu qəbul etmək üçün namizədliyini verəcək.
Korner.az-ın məlumatına görə, bu xəbəri Rusiya mətbuatı yayıb.
Xəbərdə bildirilir ki, EFF prezidenti Ruben Ayrapetyan bu məqsədlə yaxın illərdə İrəvandakı “Razdan” stadionunda yenidənqurma işlərinin aparılacağını deyib.
UEFA İcraiyyə Komitəsinin qərarına görə, Avro-2020 qitənin 13 müxtəlif şəhərində keçiriləcək. Oyunları qəbul etməyə namizəd şəhərlər arasında Bakı da var.
