Futbol

“Bir zərbə vurursan və oyunu udursan” – Samir Abasov

20.02.2021 , 22:50

Azərbaycan Premyer Liqasında XVI turun “Neftçi” – “Qəbələ” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– İtkilərimiz çox idi. 4 futbolçumuz cəza səbəbindən oynaya bilmirdi. Üstəlik, Sabiq Buqrin də məşqdə zədələnmişdi. Buna baxmayaraq, öhdəsindən gəldik, qələbə qazana bildik. 3-4 gün sonra “Zirə”yə qarşı çətin oyunumuz var. Həmin matça köklənməliyik. Qarşıdakı görüşdə rotasiyalar etmək imkanımız olacaq. Bu görüşü yaddan çıxarmalıyıq. Yaxşı oynamadıq. Xüsusilə, ilk hissədə. Rəqib bizə çətin anlar yaşatdı. “Qəbələ”ni belə oyuna görə təbrik etmək istəyirəm.

– Dünən “Qarabağ”ın xal itkirməsi bu oyunda sizə necəsə təsir etmişdimi?
– Xeyr. Bəlkə də, tam heyət olsaydıq, hansısa təsir ola bilərdi. Baxmayarq ki, “Qarabağ”a qalib gəlib 1-ci yerə çıxmışıq. uşaqlarda narahatlıq var idi. Hava şəraiti, belə vəziyyətdə meydanın durumu, heyət problemləri kimi porblemlərimiz var idi. Çətin vəziyyətə düşsək, ehtiyatda arxalanacağımız kimsə yox idi. Yəni “Qarabağ”ın xal itkisinə fikir verməmişdik. Oyumçu azlığı tək məşqçilər heyətinə yox, futbolçulara da təsir etmişdi.

– “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev dedi ki, nəticə ədalətsizdi…
– Onunla tamamilə azyıram. Bir zərbə vurursan və oyunu udursan. Biz də kubokda bununla üzləşmişdik. Biz baş məşqçi kimi özümü onun yerinə qoya bilirəm. Bəklkə də, ədalətli nəticə heç-heçə idi. Ancaq bu gün sevinən tərəf biz olduq.

Son yazılar

Yuxarı