“İnter” in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 30-cu turu çərçivəsində keçirilən “Kəpəz”lə matç haqda danışıb.
Korner.az-ın məlumatına görə, gürcü mütəxəssis nəticədən razı qaldığını qeyd edib:
“Çox vacib 1 xal qazandıq. Birinci hissədə üstünlük tərəfimizdə olsa da, rəqib qol vurdu. “Kəpəz” qapımıza 1 zərbə endirdi və o da qol oldu. Üstəlik penaltidən. Fasilədən sonra hesabı bərabərləşdirdik. Bundan sonra işimiz çətin oldu. Nəticədən razıyam. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda bizi ciddi oyunlar gözləyir.
“Hazırda bu haqda heç nə deyə bilmərəm. Oturduğum yerdən məsafə uzaq idi. Epizodun təkrarına baxdıqdan sonra dəqiq fikir bildirmək mümkündür” (CBC-Sport).
