İngiltərə millisinin keçmiş kapitanı və PSJ-nin ulduz oyunçusu Devid Bekhem mövsümün sonunda futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Korner.az-ın məlumatına görə, 38 yaşlı mediatik yarımmüdafiəçi açıqlamasında artıq getmək vaxtının yetişdiyini bildirib.
İngiltərə millisinin forması altında 115 matça çıxan Bekhem bu göstəriciyə görə yalnız Piter Şiltondan geri qalır – 125 oyun.
Devid ABŞ, Fransa, İngiltərə və İspaniyada çempionluqlar yaşamış ilk ingilis futbolçu kimi tarixə düşüb.
Onun qazandığı titullara nəzər yetirin:
712 oyun
129 qol
6 dəfə Premyer Liqa çempionluğu
2 dəfə FA kubokunun qalibi
2 dəfə MLS kubokunun qalibi
1 dəfə MLS çempionluğu
1 dəfə ÇL-in qalibi
1 dəfə La Liqa çempionluğu
1 dəfə Liqa 1 çempionluğu