“Bir səhv etdim və bu, mənə baha başa gəldi” – Mahir Emreli
16.11.2020 , 21:39

Azərbaycan millisininfutbolçusu Mahir Emreli Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Lüksemburqla səfər matçından əvvəl fikirlərini bildirib.
Korner.az xəbər verir ki, futbolçu oyunöncəsi mətbuat konfransında bunları söyləyib:
“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudu. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.
İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədi. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam.
Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur, alınmır”.
