Futbol üzrə Azərbaycan 1-ci divizionunda 8-ci turun “Şəmkir” – “Mil-Muğan” oyununun başlama vaxtı dəyişdirilib.
Korner.az-ın məlumatına görə, öncədən bu görüşün saat 14:00-da start götürəcəyi bildirilirdi.
Lakin Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı son məlumata görə, bu qarşılaşma nəzərdə tutulandan 1 saat gec – 15:00-da başlayacaq.
1-ci divizion
8-ci tur
26 oktyabr
Şəmkir – Mil-Muğan
Hakimlər: Anar Niyazov, Habil Əliyev, Ruslan Babayev, Samir Hüseynov.
Hakim-inspektor: Namiq Qasımov.
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
