Fransa Liqasının 12-ci turunda keçirilən “Sent-Etyen” – “Lyon” qarşılaşması qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 84-cü dəqiqəsində ortaya çıxan intizamsızlıq səbəbindən matçda 40 dəqiqə fasilə yaranıb. İnsident “Lyon”un futbolçusu Nabil Fekirin qolunu Messi tərzində qeyd etməsi ilə başlayıb. O, formasını çıxararaq “Sent-Etyen” azarkeşləri oturan tribunaya tərəf çevirib.
Bu hərəkət fanatların xoşuna gəlməyib və onlar meydana qaçıblar. Baş hakim Kleman Turpen oyunu qaldığı yerdən davam etdirəndə tribunalara, demək olar ki, boş olub.
