Bir ildən sonra komadan ayıldı
21.08.2018 , 22:00
Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri bir ildən sonra komadan ayılıb.
Bu barədə 21 yaşlı yarımmüdafiəçinin qardaşı Abderrahim Nuri yerli mətbuata məlumat verib.
Qeyd edək ki, Abdelhak Nuri ötən il iyulun 8-də Almaniyanın “Verder” komandası ilə yoxlama matçı zamanı huşunu itirib və təcili olaraq helikopterlə xəstəxanaya çatdırılıb. Lakin beynində problem yaranan futbolçu komaya düşüb.