Yığmamızın Millətlər Liqasındakı rəqibləri bu gün yoxlama oyununda meydana çıxıblar
Malta səfərdə Ermənistanla qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb. Maltanın yeganə qolunu 45+1-ci dəqiqədə penaltidən Andrei Agius vurub.
Kosova isə səfərdə Albaniyanın qonağı olub. Görüş kosovalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Kosovanın heyətində Arber Zereli dubl edib, üçüncü olu isə Edon Zheqrova vurub.
